Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov yeni transfer olunduğu LKS -ə ( Polşa) yanvarın 20-də qoşulacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə “gol24.pl” saytı məlumat yayıb.
Bildirilib ki, “Qarabağ”dan transfer edilən 28 yaşlı müdafiəçi həmin gün Türkiyəyə yollanacaq.
O, Side bölgəsində təlim-məşq toplanışı keçəcək yüksək liqa təmsilçisinin heyətində mövsümün ikinci yarısına hazırlaşacaq. Lodz klubu orada 4 yoxlama matçında qüvvəsini sınayacaq.
LKS Polşa Ekstraklasasının birinci dövrəsindən sonra 10 xalla axırıncı pillədə qərarlaşıb.
Pyotr Stokovieçin baş məşqçisi olduğu komanda 2024-cü ildə ilk oyununu fevralın 12-də keçirəcək. LKS həmin gün XX tur çərçivəsində “Korona”nın qonağı olacaq.

