“Qarabağ” müraciət etdi, “Qəbələ” ilə səfər oyunu təxirə salındı – “Braqa”ya görə

18 Yanvar 2024 17:20 Qarabağ 747
“Qarabağ” müraciət etdi, “Qəbələ” ilə səfər oyunu təxirə salındı – “Braqa”ya görə

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciəti və “Qəbələ”nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.

Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə reallaşacaq.

XXIII turun digər görüşləri fevralın 17-18-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti