“Qarabağ”ın baş məşqçisi ağıllı insandır, bilir ki, kimi saxlaya bilər, kimi yox” - VİDEO

18 Yanvar 2024 19:00 Qarabağ 1 221
“Qarabağ”ın baş məşqçisi ağıllı insandır, bilir ki, kimi saxlaya bilər, kimi yox” - VİDEO

“Qarabağ” artıq Avropanın klub modelinə uyğunlaşmaqdadır”.

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

Tanınmış teleşərhçi ATV kanalında yayımlanan “Futbolumuz” verlişində bildirib ki, artıq qitə klubları azad agent statusu daşıyan futbolçuları nadir hallarda sıralarına qatırlar:

“Bizdə durum bir az fərqlidir. Onlar isə futbolçuları bir-birlərindən alırlar.

“Qarabağ” da bu yolu getməyə başlayıb. Leandro Andradeyə Çindən təklif gəldiyini bilirik.

Onu “Şanxay Şeyxua”ya 2 milyon avroya sata bilsələr, bu, “Qarabağ” üçün böyük qazanc olar. Bir futbolçu “Qarabağ”a gələndə, başa düşür ki, onun daha yaxşı kluba satılmaq ehtimalı var.

“Qarabağ”ın futbolçuları Avropa və Asiyaklublarının diqqət mərkəzindədir. Bu, həm biznes modelidir, həm də futbolçuların “Qarabağ”a gəlməsi üçün əlavə üstünlükdür.

Kevin Medina və Julio Romaoya da real təkliflər var, onları da sata bilərlər. Qurban Qurbanov ağıllı insandır, bilir ki, kimi əlində saxlaya bilər, kimi yox”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti