Qurban Qurbanovdan xahiş etdi, "Qarabağ" 1 qəpik istəmədi, xeyir-dua aldı

18 Yanvar 2024 14:00 Qarabağ 4 320
Qurban Qurbanovdan xahiş etdi, "Qarabağ" 1 qəpik istəmədi, xeyir-dua aldı

"Qarabağ"ın müdafiəçisi Rahil Məmmədov karyerasını Polşada davam etdirəcəyini xəbər vermişdik.

Millinin 28 yaşlı üzvü LKS (Lodz) ilə anlaşıb.

O, bu gün sözügedən ölkəyə yollanacaq və tibbi baxışdan keçəcək. Sağlıq durumunda problem aşkarlanmasa, 1+1 illik müqaviləyə imza atacaq.

Polyaklar onu pulsuz əldə edib. «Qarabağ»da əsas heyət üzvü sayılmayan Məmmədov buradan təzminatsız ayrılıb.

Kontraktının gələn ilin yayında bitməsinə baxmayaraq.

Qurban Qurbanovla görüşən oyunçu legioner həyatı yaşamaq istədiyini, Polşadan gələn təklifin ona sərf etdiyini deyərək, Avropaya yolunun açılmasına icazə istəyib. Baş məşqçi Rahilin israrırının ziddinə getməyib, müdafiəçiyə xeyir-dua verib.

"Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışır.

LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti