«Qarabağ»ın yarımmüdafiəçisi Leandro Andrade daha bir təklif alıb.
Çindən sonra ona Rusiyadan dəvət gəlib.
Premyerliqada mübarizə aparan «Rubin» kabo-verdeli legionerə iddiasını ortaya qoyub. Kazan təmsilçisi bu istəyini «köhlən atlılar»la tanış edib.
Hazırda turnir cədvəlində 7-ci yerdə gedən klub 24 yaşlı afrikalıya görə «Qarabağ»a təzminat ödəməyə hazır olduğunu bildirib.
Ağdamlılarla sözləşməsi gələn ilin yayınadək qüvvədə olan Andradeyə daha əvvəl «Şanxay Şeyxua»nın da elçi düşməsini xatırladaq.
SPORTİNFO.AZ

