«Qarabağ»da ayrılıq rəsmiləşib.
2018-ci ildən Ağdam klubunun formasını geyinən Rahil Məmmədov buranı tərk edib.
Yığmanın müdafiəçisi karyerasını ölkə xaricində davam etdirəcək. 1995-ci il təvəllüdlü mərkəz oyunçusu bu gün Polşaya yollanacaq.
«Neftçi»nin yetirməsi yerli «LKS Lodz» ilə birbaşa müqavilə imzalayacaq. Məmmədovun polyaklarla 1+1 illik anlaşması gözlənilir.
«Köhlən atlılar» Rahilin ilk dəfə legioner həyatı yaşaması üçün gələn ilin yayında bitəcək sözləşməsini qarşılıqlı razılaşma əsasında fəsh eləyib.
SPORTİNFO.AZ

