”Ola bilər ki, onu iştirak ərizəsinə salaq” - Qurban Qurbanov

18 Yanvar 2024 13:40 Qarabağ 1 789
”Ola bilər ki, onu iştirak ərizəsinə salaq” - Qurban Qurbanov

”Qarşıda hələ vaxt var”.

Sportinfo.az xəbər verir ki, bunu ”Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsi üçün sifariş olunmayan və tezliklə düşərgədən birdəfəlik ayrılması gözlənilən Adama Diakabi barədə danışıb:

“O, Fransada istirahətdə idi. Komandamızın üzvü olaraq qalır.

Ola bilər ki, Diakabinin adını Avropa Liqasının sifariş vərəqəsinə də əlavə edək”.

27 yaşlı vinger 2023-cü il yanvarın 13-də "Qarabağ"a keçib. Onun müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Diakabi karyerası ərzində "Renn", "Monako", "Haddersfild", "Nottingem Forest", "Amyen komandalarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti