İtaliya yığmasının sabiq qapıçısı “Qarabağ”ın təklifini niyə geri çevirib?

18 Yanvar 2024 11:00 Qarabağ 1 644
İtaliya yığmasının sabiq qapıçısı “Qarabağ”ın təklifini niyə geri çevirib?

İtaliyanın gənclər millisinin sabiq qapıçısı Vinçentso Fiorilyonun Azərbaycanda oynamaq imkanı olub.

Sportinfo.az xəbər verir ki, bunu “Salernitana”nın oyunçusu özü açıqlayıb.

“Yuventus”un keçmiş qolkiperi bildirib ki, 2018-ci ildə “Peskara”da olarkən “Qarabağ”dan təklif alıb:

“Çempionlar Liqasında çıxış edən “Qarabağ” qapıçı axtarırdı və şirnikləndirici təkliflə çıxış etdi. Lakin mən “Peskara”da qalmağı üstün tutdum”.

Vinçentso Fiorilyo 2021-ci ildən “Salernitana”nın şərəfini qoruyur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti