“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın aparıcı üzvü Leandro Andradenin mümkün gedişini şərh edib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis futbolçuya görə Çinin "Şanxay Şenxua" klubundan təklif aldıqlarını təsdiqləsə də, hələlik Andrade ilə vidalaşmaq fikrində olmadıqlarını bildirib:
“Bəli, Leandro Andradeyə görə Çindən rəsmi təklif var idi. Klub üçün də pis təklif deyildi.
Lakin bizim hal-hazırda ona ehtiyacımız var. Ona görə də danışıqları maksimum çalışdıq ki, saxlayaq. Hələ ki, Andrade bizim futbolçumuzdur”.

