Azərbaycan millisinin sabiq futbolçusu, hazırda yığmada seleksiyaçı kimi çalışan İlqar Qurbanov "Qarabağ"ın fransalı legioneri Abdullah Zubirin milliləşdirilməsinin əleyhinədir.
Sportinfo.az xəbər verir ki, 37 yaşlı sabiq müdafiəçi bu barədə "report"a bildirib.
Qurbanov 32 yaşlı fransalı yarımmüdafiəçinin Azərbaycan yığmasında oynamasının tərəfdarı olmadığını söyləyib: "Əcnəbilərin yığmamızda çıxış etmələrinə qarşıyam. Açığı, Zubirin milliləşdiriləcəyinə də inanmıram".

