Rusiyalı futbolçu Maqomed-Şapi Süleymanovun agenti Dmitri Selyuk "Qarabağ"ı Yunanıstan klublarından güclü hesab edib.
Sportinfo.az xəbər verir ki, o, bunu 24 yaşlı hücumçunun mümkün perspektivləri barədə danışarkən söyləyib.
Menecer Süleymanovun "Aris"də icarə əsasında çıxış etdiyini xatırladıb və Yunanıstan çempionatının zəif olduğunu vurğulayıb:
"Orada oynamaq daha asandır. Cəmi bir neçə komanda var. "Olimpiakos", PAOK və "Aris".
Bu klublar əksər hallarda avrokubokların qruplarına vəsiqə qazana bilmirlər. Azərbaycan təmsilçisi "Qarabağ" onlardan güclüdür".

