“Qarabağ”ın legioneri Çinə gedersə… Milyonları başının altına yığacaq

16 Yanvar 2024 13:00 Qarabağ 1 199
“Qarabağ”ın legioneri Çinə gedersə… Milyonları başının altına yığacaq

“Şanxay Şenxua”nın “Qarabağ”ın legioneri Leandro Andradeyə təklif etdiyi müqavilə şərtləri məlum olub.

Çin klubu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalamaq niyyətindədir.

Kabo-Verde yığmasının 24 yaşlı üzvü Superliqaya gedərsə, ilk ilində 650 min avro qazanacaq. Bu isə onun Azərbaycanda aldığı puldan hardasa 2,5 dəfə çoxdur.

Andradeyə təklif olunan əməkhaqqı növbəti mövsümlərdə daha çoxdur. Göstərilən rəqəm ikinci sezonda 800 min avroya, sonuncu ildə isə 1 milyon avroyadək artırılacaq.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 2022-ci ildən burada çıxış edən afrikalı üçün təklif aldıqlarını bildirib:

“Rəsmi təklif var idi. Klub üçün pis təklif də deyildi. Sadəcə hazırda bizim futbolçuya ehtiyacımız var.

Çalışdıq ki, onu komandada saxlayaq. Hələ ki, Andrade bizim oyunçudur”.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti