"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Donetsk "Şaxtyor"unun futbolçusu Aleksey Kaşukun “Qarabağ”a gəlişi və "Krasnodar"ın oyunçusu Kadi Borgesin mümkün qayıdışı ilə bağlı yayılan xəbərləri şərh edib.
Sportinfo.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:
“Bizdə belə bir məlumat olmayıb. Mətbuatda yazıla bilər. Amma onların hərəsinin özünün klubu var”.

