Qurban Qurbanovun şans verdiyi bu gənci siz də tanıyın - VİDEO

16 Yanvar 2024 20:40 Qarabağ 6 380
Qurban Qurbanovun şans verdiyi bu gənci siz də tanıyın - VİDEO

“Qarabağ”ın gənc qolkiperi Teymur Həsənov yoldaşlarını əməlli-başlı təəccübləndirə bilib.

Söhbət təbii ki, onun çərçivədəki bacarıqlarından gedir.

Əvəzedici komandanın üzvü əsas komandanın düşərgəsində yaxşı performansı ilə yadda qalıb.

17 yaşlı qolkiper məşq əsnasında ardıcıl vurulan zərblərə fantastik reaksiyalar verməsi ilə diqqətləri üzərinə çəkib.

Belədə ətrafındakı komanda yoldaşları onu alqışlamalı, xoş sözlər deməli olub.

Maraq üçün bildirək ki, Teymur Ağdam təmsilçisinin qapıçılar üzrə məşqçisi Elxan Həsənovun oğludur.

O, həm də U-17 millimizin üzvüdür.

Baş məşqçi Qurban Qurbanov akademiyanın yetirməsinə bəzən əsas komandada məşqlər etməsinə icazə verir.

XANOĞLAN / SPORTİNFO.AZ

Həsənovun bacarıqlarını özündə əks etdirən kadrlara aşağıdakı linkdə baxa bilərsiniz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti