Bu gün "Qarabağ" və "Zirə" arasında yoxlama oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Azərsun Arena"da təşkil edilən matç 4 hissə (45+25+45+25 dəqiqə) oynanılıb.
Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın daha öncə elan etdiyinə görə, komanda qış fasiləsində cəmi bir yoxlama matçı keçirəcəkdi.
"Zirə" isə bu qış ilk yoxlama görüşündə "Araz-Naxçıvan"a qalib gəlib.
"Qarabağ" - "Zirə" 4:0
Qollar: Leandro Andradre, 64, Riçard Almeyda, 108-pen. Redo Cica, 111, Nəriman Axundzadə, 120

