Leandro Andradenin satış qiymətini müəyyənləşdirib.
Ağdam klubu onun üçün "Şanxay Şenxua"dan 3 milyon avro tələb edib.
Çinin Superliqa təmsilçisinin təklifi isə 2 milyon avrodan ibarətdir. Asiyalılar Kabo-Verde yığmasının üzvünün sonrakı satışından «köhlən atlılar»a pay vəd eləsə də, bu, qavrşı tərəfi razı salmayıb.
24 yaşlı yarımmüdafiəçinin «Qarabağ»la kontraktı 2025-ci ilin yayınadək qüvvədədir. Afrikalı legionerin özü Çinə yollanmağa bir o qədər həvəs göstərmir.
Onu buradakı isti mühit daha çox razı salır. Sadəcə, meneceri Andradeni təhrik eləyir ki, "Şanxay Şenxua"dan gələn təklifi müsbət dəyərləndirsin.
Hazırda iki klub arasında görüşmələr davam edir. Çinlilər danışıqları uzatmaqla «Qarabağ»ın güzəştə gedəcəyinə ümid bəsləyir.
Qurban Qurbanovun reaksiyası? Baş məşqçi bu ayrılığın əleyhinədir.
O, Avropa Liqasında «Braqa» ilə pley-off oyunları öncəsi əsas heyət üzvlərindən birini itirməyi qətiyyən arzulamır.
SPORTİNFO.AZ

