"Qarabağ"ın 2024-cü ildə ilk seçimi - "Zirə"

15 Yanvar 2024 14:20 Qarabağ 1 182
"Qarabağ"ın 2024-cü ildə ilk seçimi - "Zirə"

Bu gün "Qarabağ" və "Zirə" arasında yoxlama oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 15:00-da başlayacaq.

"Qarabağ"ın daha öncə elan etdiyinə görə, komanda qış fasiləsində cəmi bir yoxlama matçı keçirəcək.

"Zirə" isə bu qış ilk yoxlama görüşündə "Araz-Naxçıvan"a qalib gəlib.

15:00. "Qarabağ" - "Zirə"

Tofiq Bəhramov adına Respublika Stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti