"Qarabağ"ın yolunu gözlədiyi əcnəbin “Hər şey gözəldir” paylaşımı etdi - FOTOLAR

13 Yanvar 2024 03:00 Qarabağ 4 787
"Qarabağ"ın yolunu gözlədiyi əcnəbin “Hər şey gözəldir” paylaşımı etdi - FOTOLAR

“Qarabağ”ın legioneri Kevin Medina zədəsini sağaldıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi artıq fiziki məşqlərə başlayıb.

O, bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. Medina məşqdən fotolarını “Bütün proqnozlara baxmayaraq, həyat çox gözəldir” sözləri ilə paylaşıb.

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Molde”yə qarşı səfər matçında (2:2) zədələnən Kevin Medinaya sağ bud tendom vətərinin qopması diaqnozu qoyulmuşdu. O, ötən ay əməliyyat olunub.

Daha əvvəl komandanın baş məşqçisi Qurban Qurbanov futbolçunun Avroliqanın pley-off mərhələsində “Braqa” ilə hər iki oyunu buraxacağını açıqlamışdı.

Medina

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti