“Qarabağ” rəhbərliyi və Qurban Qurbanovdan “Difai”yə BÖYÜK DƏSTƏK!

12 Yanvar 2024 20:40 Qarabağ 2 876
“Qarabağ” rəhbərliyi və Qurban Qurbanovdan “Difai”yə BÖYÜK DƏSTƏK!

“Difai”nin prezidenti Asəf Məlikov “Qarabağ”ın direktoru Əmrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanovla görüşüb.

Ağdam təmsilçisinin Suraxanıda yerləşən bazasında baş tutan görüş iki klub arasında əlaqələrin yaradılmasına və qarşılıqlı əməkdaşlığın əsasının qoyulmasına həsr olunub.

Toplantıda futbolçu mübadiləsi, yoldaşlıq oyununun düzənlənməsi haqda danışıb.

I Liqada mübarizə aparan “fədailər”in rəhbəri klubun fəaliyyəti və görülən digər işlər haqda məlumat verib, “Qarabağ”ın təcrübəsindən yayarlandıqlarını bildirib.

A.Məlikov “Qarabağ”ın rəsmilərini və Qurban Qurbanovu “Difai”nin oyunlarına dəvət edib.

Q.Qurbanov da öz növbəsində “Difai”nin kollektivi ilə ötən ilin aprelində keçirilən tədbiri xatırladıb. Deyib ki, I Liqanın gedişatıyla yaxından maraqlanır və “Difai”nin məqsədlərinə çatacağına inanır.

Tanınmış mütəxəssis “Qarabağ”ın Qarabağ qazilərinin təmsilçisi olan klubla əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib və bildirib ki, bu əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti