Azərbaycan Premyer Liqasında qış fasiləsi təxminən 2 həftədir davam edir.
Klubların yarısı Türkiyədə, digər yarısı isə ölkəmizdə hazırlıq keçir.
Artıq “transfer bazarı”nda da müəyyən hərəkətlilik görə bilirik.
Sportinfo.az-a açıqlama verən tanınmış FİFA meneceri Tural Əsgərli qış “transfer pəncərəsi” günlərində yaşanan son durumu şərh edib:
"Düzü, bu sualı bir qədər tez verirsiz. Bu. bir futbol oyunu deyil ki, gedişatı dəyərləndirə biləsən.
Hər şey göz qabağında deyil ki, baxıb, proqnoz verə biləsən. Məsələn, mən bilmirəm ki, "Səbail" kimlərlə danışır, nə işlər görür.
Deyə bilərəm ki, bu gün transfer çalışmalarında passiv tərəfdir. Sabah klub iki transferi eyni anda açıqlaya bilər. Eyni şey digər klublara da aiddir”.
XANOĞLAN

