Azərbaycan Premyer Liqasında mövsüm yarılandı.
18 turu arxada qoyan komandalar qış fasiləsinə yollanıb.
Fasiləyə "Qarabağ" lider, "Qəbələ" sonuncu pillədə getdi.
Klubların göstərdiyi performans barədə çox danışılıb, müzakirələr aparılıb.
Bəs yerli futbolçuların durumu?
Onların ortaya qoyduğu keyfiyyət necə idi?
Bu baxımdan kimləri fərqləndirmək olar?
Suallarımıza cavab olaraq milli komandamızda uzun illərdi məşqçi kimi çalışan təcrübəli mütəxəssis Arif Əəsdov Sportinfo.az-a açıqlamasında bunları deyib:
"Yerli futbolçuların performansını mərhələlərə bölmək olar. Seçmə mərhələnin ilk görüşlərində səviyyə aşağı idi.
Səbəb çempionatın yeni başlaması, oyun praktikasının azlığı və bəzi futbolçuların yeni klublarda çıxış etməsi idi. Bütün bunlar təbii ki, ümumi keyfiyyətə mənfi təsir edirdi.
Amma tədricən oyunların artması, xüsusilə "Qarabağ" və millidəki beynəlxalq oyunların sayı və legionerlərimizin klublarında əsas heyət üzvünə çevrilməsi oyunçuların daha yaxşı görünməsinə yol açdı.
İstəməzdim ki, kimisə fərdi olaraq qeyd edim. Komanda şəkilində daha çox faydalı olmağa çalışdılar.
Yalnız Bəhlul Mustafazadəni fərqləndimək olar. Çünki müdafiəçi bu il həm milli komanda da, həm də "Qarabağ"da liderlərdən birinə çevrilə bildi".
XANOĞLAN

