Qurban Qurbanovun təəccüblə qarşılanan seçiminin SƏBƏBİ BİLİNDİ

19 Noyabr 2023 17:45 Qarabağ 5 393
Qurban Qurbanovun təəccüblə qarşılanan seçiminin SƏBƏBİ BİLİNDİ

Bəlli etdiyimiz kimi, «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov gözlənilməz qərar verib.

Bu qərara əsasən, «köhlən atlılar»ı qış fasiləsini Azərbaycanda keçirəcək.

Həmişə dövrələrarası və mövsümlərarası fasilə zamanı ölkə xaricinə üz tutan Ağdam klubu bu dəfə Bakıdan kənara çıxmayacaq.

Kollektiv Suraxanıda yerləşən bazasında məskunlaşacaq və 1-2 yoxlama görüşündə qüvvəsini sınamaqla kifayətlənəcək.

Niyə belə?

Qurbanovun bunun üçün 2 səbəbi var. Birincisi, təqvimin sıxlığıdır. Belə ki, «Qarabağ» Premyer Liqa ilə yanaşı, Avropa Liqasında mübarizə aparır.

Üstəlik, komandanın əksər oyunçuları müxtəlif millilərə dəvət alır. Ümumi yorğunluğu nəzərə alan təcrübəli mütəxəssis futbolçularına 2 həftəlik istirahət verməyi planlaşdırıb.

İkinci səbəb Peşəkar Futbol Liqasının (PFL) müəyyənləşdirdiyi qrafikdir. Belə ki, Premyer Liqa təmsilçiləri dekabrın 22-də qış tətilinə çıxacaq.

Əvvəlki mövsümlərdə dövrələrarası fasilədə fevralda bitiodisə, PFL bu dəfə aranı xeyli qısaldıb. Liqanın ikinci yarısı yanvarın 21-də start götürəcək.

Başqa sözlə, komandaların istirahət və şazırlıq üçün 1 aydan da az vaxtı olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR