"Qarabağ" brendi: Qurban Qurbanov amili, işinə sevgi və hörmət - Hamısı bu VİDEOda

30 Mart 18:00 Qarabağ 604
"Qarabağ" brendi: Qurban Qurbanov amili, işinə sevgi və hörmət - Hamısı bu VİDEOda

Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümündə çempionun adına aydınlıq gəlib.

Bu, “Qarabağ”dır.

Belə ki, 28-ci tur çərçivəsində “Kəpəz”ə 6:1 hesabı ilə qalib gələn ağdamlılar sayca 11-ci çempionluğu vaxtından əvvəl elan edib.

“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov “Qarabağ”ın növbəti zəfərini dəyərləndirib.

Tanınmış jurnalist deyib ki, bu uğura gərgin zəhmət, əzmlə çalışmaq nəticəsində nail olunub:

“Şübhəsiz ki, burada baş məşqçi kimi Qurban Qurbanovun əməyi yüksəkdir. Əlbəttə, bunun əsas səbəbi uzunmüddətli fəaliyyət proqramı, iş icraçılarının peşəkarlığı, işinə sevgi və hörmətdən qaynaqlanır.

Məhz bundan irəli gəlir ki, cari mövsümdə “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməklə Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdırdı. Dünya Ağdam klubunun nümayiş etdirdiyi futboldan, apardığı mübarizədən ağızdolusu danışır”.

Elçin Cəfərov onu da əlavə edib ki, 11-ci çempionluq Avropanın nüfuzlu media orqanlarının manşet mövzusuna çevrilib.

Təbii ki, bütün bu uğurlarda klub rəhbərliyinin və baş məşqçi kimi Qurban Qurbanovun uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyət strategiyası ön planda yer alır:

“Bir sözlə, 16 illik səbr, qarşılıqlı etimad, düzgün planlaşdırma “Qarabağ”ı qitə futbolunda bir brendə çevirib. Yəni, uğur qazanmağın formulu kimi Ağdam klubu nümunə göstərilir”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti