COP29

"Qarabağ"ın transfer təklifinə bu klubdan CAVAB GƏLDİ – SON DƏQİQƏ

20 Yanvar 2023 13:00 Qarabağ 4 999
"Qarabağ"ın transfer təklifinə bu klubdan CAVAB GƏLDİ – SON DƏQİQƏ

«Ferentsvaroş» «Qarabağ»ın oyunçuların dəyişdirilməsi ilə bağlı təklifinə münasibət bildirib.

«Köhlən atlar»dan Kvabena Ovusunu transfer etmək istəyən Macarıstan klubu qanalı hücumçunun əvəzində Marginyosu əks tərəfə göndərməyə razılaşmayıb.

Budapeşt təmsilçisi braziliyalı forvardın saptılmaması barədə Azərbaycan çempionunu məlumatlandırıb.

«Sambaçı» Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində «Qarabağ»a qarşı hər iki oyunda meydana çıxıb və qol pası verib.

«Atletiko Mineyro»nun yetirməsi 2016-2022-cim ilədək bu kluba məxsus olub.

Yerli A Seriyası klubu onu öncə «Çapaçense»yə, ardınca «Botev»ə (Bolqarıstan) icarəyə verib. 23 yavşlı cənubi amerikalı qolçu 2022-ci ildən Budapeşt təmsilçisinin şərəfini qoruyur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!