Türkiyənin tanınmış klubu “Qarabağ”ın hansı futbolçusuna elçi düşüb?

5 Fevral 2022 21:20 Qarabağ 3 073
Türkiyənin tanınmış klubu “Qarabağ”ın hansı futbolçusuna elçi düşüb?

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev “Ankaragücü”nin maraq dairəsindədir.

TFF I Liqa təmsilçisi hazırda zədəli olan kiperin sağalmasını gözlədiyindən, onunla danışıqları mövsümün sonuna saxlayıb.

Bunun bir səbəbi də gələn sezonla bağlıdır. Belə ki, paytaxt təmsilçisi Super Liqaya qayıtmağa iddialıdır.

21 tur ərzində 45 xal toplayan “Ankaragücü” turnir cədvəlində 1-2-ci pillələri bölüşdürür. “Ümraniyespor”la eyni xala malik “sarı-göylər” ən yaxın izləyicisi olan “Erzurum BB”ı 7 xal qabaqlayır.

Türkiyənin ən köklü klublarından sayılan “Ankaragücü” ilə “Qarabağ” rəhbərliyi arasında yaxın münasibətlər mövcuddur. Bunun nəticəsidir ki, ağdamlılar Kvabena Ovusunu qarşı tərəfə icarəyə verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti