
Bir neçə gün əvvəl İFFHS “Böyük beşlik” liqalarının səfərdəki ən uzun məğlubiyyətsizlik seriyalarınıaçıqlayıb.
Siyahıda ən azı ardıcıl 25 matçda rəqib meydanında xal qazanan Avropa nəhəngləri yer alıblar.
Sportinfo.az xəbər verir ki, idman.biz Azərbaycan çempionatlarının tarixinə baxış keçirib və analoji baxımdan fərqlənənləri müəyyənləşdirib.
PSJ-nin 39 oyunla başçılıq etdiyi İFFHS-in cədvəlində minimum 25 matçlıq seriyalar var ki, Azərbaycanda bunu bacaran olmayıb.
Yəni, ölkəmiz “Böyük beşlik”də olsaydı və ya İFFHS 5 liqa deyil, bütün Avropanı əhatə edən siyahı açıqlasaydı, klublarımız ora düşməyəcəkdi. Bəs bizim rekordçular kimdir?
“Qarabağ”dan mütləq rekord
Azərbaycan rekordu bir müddət əvvəl rəsmiləşib. 2023-cü ilin aprelində “Qarabağ”ın rəqib meydanlarındakı hegemonluğu sona çatıb. Qurban Qurbanovun yetirmələri ardıcıl 24 səfərdə xal qazanıblar. Bu müddətdə 20 qələbə qazanan komanda 4 heç-heçə edib. Təxminən 18 ay sürən seriya “Səbail”ə məğlubiyyətdən sonra başlayıb və “Sabah”a uduzanadək sürüb. Bu seriyanı PSJ-nin “Böyük beşlik” rekordundan 15 görüş ayırır.
25.10.2021 |
Səbail - Qarabağ |
3:1 |
07.11.2021 |
Sumqayıt - Qarabağ |
0:4 |
29.11.2021 |
Qəbələ - Qarabağ |
0:0 |
07.02.2022 |
Neftçi - Qarabağ |
1:2 |
28.02.2022 |
Keşlə - Qarabağ |
0:0 |
12.03.2022 |
Sabah - Qarabağ |
0:1 |
19.03.2022 |
Zirə - Qarabağ |
0:3 |
10.04.2022 |
Sumqayıt - Qarabağ |
0:3 |
24.04.2022 |
Qəbələ - Qarabağ |
0:2 |
15.05.2022 |
Səbail - Qarabağ |
0:3 |
13.08.2022 |
Sumqayıt - Qarabağ |
0:2 |
01.09.2022 |
Kəpəz - Qarabağ |
0:1 |
18.09.2022 |
Zirə - Qarabağ |
1:7 |
09.10.2022 |
Qəbələ - Qarabağ |
0:1 |
30.10.2022 |
Şamaxı - Qarabağ |
0:4 |
09.11.2022 |
Turan Tovuz - Qarabağ |
0:2 |
13.11.2022 |
Sabah - Qarabağ |
0:0 |
02.12.2022 |
Neftçi - Qarabağ |
0:4 |
24.12.2022 |
Səbail - Qarabağ |
0:3 |
25.01.2023 |
Turan Tovuz - Qarabağ |
2:3 |
04.02.2023 |
Kəpəz - Qarabağ |
1:1 |
19.02.2023 |
Zirə - Qarabağ |
0:1 |
05.03.2023 |
Qəbələ - Qarabağ |
1:3 |
15.03.2023 |
Sumqayıt - Qarabağ |
0:6 |
02.04.2023 |
Şamaxı - Qarabağ |
0:1 |
16.04.2023 |
Sabah - Qarabağ |
2:1 |
21 ildən çox duruş gətirən “Şəmkir”
“Qarabağ”ın 2 il əvvəl yenilədiyi rekorda qədər ən yaxşı göstərici “Şəmkir”ə məxsus idi. Qərblilər əsrlərin qovşağında 1999-2001-ci illərdə meydan sahiblərinə qələbə sevinci bəxş etməyib. Şəmkirlilər ardıcıl 23 belə matç keçiriblər. Qərb təmsilçisi 15 dəfə səfərdən qalib ayrılıbsa, 8 dəfə heç-heçə edib. “Qarabağ”a məğlubiyyətdən sonra başlayan həmin seriyanı 21 ildən artıq vaxt keçdikdən sonra məhz Ağdam təmsilçisi geridə qoyub.
22.05.1999 |
Qarabağ - Şəmkir |
1:0 |
07.11.1999 |
Kəpəz - Şəmkir |
0:0 |
21.11.1999 |
Qarabağ - Şəmkir |
1:5 |
05.12.1999 |
Neftçi - Şəmkir |
0:0 |
26.02.2000 |
ANS Pivani - Şəmkir |
0:3 |
11.03.2000 |
OİK - Şəmkir |
0:3 |
19.03.2000 |
Dinamo - Şəmkir |
0:2 |
01.04.2000 |
Xəzər Universiteti - Şəmkir |
0:2 |
15.04.2000 |
Şəfa - Şəmkir |
0:2 |
29.04.2000 |
Viləş - Şəmkir |
1:3 |
07.05.2000 |
Kimyaçı S - Şəmkir |
0:0 |
14.05.2000 |
Turan - Şəmkir |
3:3 |
13.08.2000 |
Şəfa - Şəmkir |
1:4 |
10.09.2000 |
Xəzər Universiteti - Şəmkir |
2:2 |
14.10.2000 |
Dinamo-Bakılı - Şəmkir |
1:4 |
28.10.2000 |
Neftçi - Şəmkir |
1:1 |
12.11.2000 |
Araz-Naxçıvan - Şəmkir |
1:5 |
04.03.2001 |
Viləş - Şəmkir |
1:1 |
12.03.2001 |
Kəpəz - Şəmkir |
0:3 |
06.04.2001 |
Qarabağ - Şəmkir |
0:1 |
29.04.2001 |
Turan - Şəmkir |
1:2 |
26.08.2001 |
Kəpəz - Şəmkir |
2:3 |
17.09.2001 |
Neftçi - Şəmkir |
0:1 |
29.09.2001 |
Ümid - Şəmkir |
1:1 |
22.10.2001 |
Şəfa - Şəmkir |
3:2 |
Tovuzdan Tovuza qədər
Tarixin 3-cü ən uzun səfər məğlubiyyətsizliyi “Kəpəz”ə məxsusdur. Gəncə klubu uzaq 1993-95-ci illərdə ardıcıl 18 dəfə rəqib meydanında xal qazanıb. Bu seriya "Turan"a məğlubiyyətdən sonra başlayıb, elə Tovuz təmsilçisinə yenilgi ilə də başa çatıb. Həmin dövrdə 10 qələbə qazanan “Kəpəz” 8 heç-heçə edib.
21.10.1993 |
Turan - Kəpəz |
3:1 |
06.11.1993 |
Şahdağ - Kəpəz |
1:2 |
20.11.1993 |
Azəri - Kəpəz |
1:1 |
04.12.1993 |
Pambıqçı B - Kəpəz |
1:3 |
12.12.1993 |
Viləş - Kəpəz |
0:0 |
27.02.1994 |
Kürmük - Kəpəz |
0:4 |
13.03.1994 |
Xəzri-Eltac - Kəpəz |
1:1 |
03.04.1994 |
Xəzər S - Kəpəz |
1:1 |
09.04.1994 |
Avtomobilçi - Kəpəz |
0:4 |
29.04.1994 |
Xəzər L - Kəpəz |
1:1 |
05.05.1994 |
İnşaatçı B - Kəpəz |
1:2 |
28.08.1994 |
Xəzri - Kəpəz |
1:1 |
18.09.1994 |
Bakı fəhləsi - Kəpəz |
1:1 |
30.10.1994 |
İnşaatçı B - Kəpəz |
0:1 |
20.11.1994 |
Xəzər S - Kəpəz |
0:3 |
23.11.1994 |
Neftçi - Kəpəz |
0:0 |
05.03.1995 |
Kür-Nur - Kəpəz |
2:4 |
08.04.1995 |
Qarabağ - Kəpəz |
0:2 |
18.04.1995 |
Pambıqçı N - Kəpəz |
0:2 |
07.05.1995 |
Turan - Kəpəz |
1:0 |
“Qarabağ”dan het-trik
Ən uzun 5 seriyadan üçü “Qarabağ”ın hesabındadır. 24 matçlıq seriyanın sahibi olan Ağdam klubu 2019-21-ci illərdə ardıcıl 17 səfərdə xal qazanıb. “Sumqayıt”a məğlubiyyətdən sonra 9 qələbə və 8 heç-heçəsi olan Qurban Qurbanovun komandasının seriyası “Neftçi”yə uduzanda qırılıb.
22.11.2019 |
Sumqayıt - Qarabağ |
2:1 |
02.12.2019 |
Sabah - Qarabağ |
0:1 |
02.02.2020 |
Səbail - Qarabağ |
0:1 |
15.02.2020 |
Zirə - Qarabağ |
0:6 |
08.03.2020 |
Keşlə - Qarabağ |
0:2 |
11.09.2020 |
Keşlə - Qarabağ |
0:0 |
25.09.2020 |
Sumqayıt - Qarabağ |
2:2 |
25.10.2020 |
Zirə - Qarabağ |
0:0 |
08.11.2020 |
Neftçi - Qarabağ |
0:6 |
29.11.2020 |
Səbail - Qarabağ |
1:1 |
20.12.2020 |
Qəbələ - Qarabağ |
1:1 |
21.01.2021 |
Sabah - Qarabağ |
1:2 |
19.02.2021 |
Sumqayıt - Qarabağ |
0:0 |
09.03.2021 |
Zirə - Qarabağ |
0:2 |
04.04.2021 |
Keşlə - Qarabağ |
1:1 |
16.04.2021 |
Səbail - Qarabağ |
1:1 |
25.04.2021 |
Qəbələ - Qarabağ |
0:5 |
09.05.2021 |
Sabah - Qarabağ |
0:4 |
19.05.2021 |
Neftçi - Qarabağ |
1:0 |
Yenə “Neftçi” və “Sumqayıt”
“Top-5”də sonuncu seriya da “Qarabağ”a məxsusdur. 16 matçlıq məğlubiyyətsizlik də “Neftçi” və “Sumqayıt”la bağlıdır. Bakılılara uduzduqdan sonra başlayan seriya sumqayıtlılarla görüşdə bitib. 2018-19-cu illərdə Ağdam klubu 12 qələbə qazanıb və 4 bərabərliyə imza atıb.
28.10.2018 |
Neftçi - Qarabağ |
3:1 |
31.10.2018 |
Keşlə - Qarabağ |
1:1 |
11.11.2018 |
Qəbələ - Qarabağ |
1:3 |
09.12.2018 |
Zirə - Qarabağ |
0:6 |
09.02.2019 |
Sumqayıt - Qarabağ |
0:2 |
23.02.2019 |
Sabah - Qarabağ |
1:1 |
03.03.2019 |
Keşlə - Qarabağ |
0:1 |
15.03.2019 |
Səbail - Qarabağ |
1:2 |
01.04.2019 |
Sumqayıt - Qarabağ |
0:6 |
07.04.2019 |
Qəbələ - Qarabağ |
1:2 |
27.04.2019 |
Zirə - Qarabağ |
0:3 |
11.05.2019 |
Neftçi - Qarabağ |
2:3 |
16.08.2019 |
Keşlə - Qarabağ |
0:1 |
01.09.2019 |
Səbail - Qarabağ |
0:4 |
23.09.2019 |
Zirə - Qarabağ |
1:3 |
19.10.2019 |
Qəbələ - Qarabağ |
1:1 |
01.11.2019 |
Neftçi - Qarabağ |
0:0 |
22.11.2019 |
Sumqayıt - Qarabağ |
2:1 |
Cari mövsümdə ən az səfər məğlubiyyəti alan komanda da “Qarabağ”dır. Yeganə məğlubiyyətini “Zirə”dən alan (2:3) Qurbanovun yetirmələrinin 11 matçlıq seriyası həmin görüşdə qırılıb.