“Qarabağ” “Marsel”i bu stadionda qəbul edəcək – SÖZ-SÖHBƏTƏ SON QOYULDU!

3 Fevral 2022 17:00 Qarabağ 3 786
“Qarabağ” “Marsel”i bu stadionda qəbul edəcək – SÖZ-SÖHBƏTƏ SON QOYULDU!

Son vaxtlar sosial şəbəkələrdə futbol azarkeşləri arasında “Qarabağ”ın “Marsel”i hansı stadionda qəbul edəcəyinə dair müzakirələr davam edir.

“Köhlən atlar” avrokuboklarda qonaqlarını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir ki, cari avrokubok mövsümündə yalnız “Bazel”lə qolsuz bərabərliklə başa çatan oyun Bakı Olimpiya Stadionunda baş tutub.

İddiala görə, “Marsel” adlı-sanlı klub olduğundan, üstəlik, koronavirus qadağalarına görə Azərbaycanda stadionlara yalnız ümumi azarkeş tutumunun 50 faizi qədərində tamaşaçı buraxıldığından, Fransa nəhəngi ilə qarşılaşma BOS-da keçiriləcək.

Məsələyə aydınlıq gətirmək üçün “Qarabağ”ın mətbuat katibi Gündüz Abbbaszadə ilə əlaqə saxladıq.

Həmkarımız Sportinfo.az-a açıqlamasında “Qarabağ” – “Marsel” matçının Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmasının nəzərdə tutulduğunu bildirdi.

Avropa Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək məlum qarşılaşmanın birincisi fevralın 17-də Fransada, bir həftə sonra Azərbaycanda baş tutacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı