Qurban Qurbanov: "Burada qazanmasaq da, çox razı qaldım"

26 Yanvar 2022 00:40 Qarabağ 425
Qurban Qurbanov: "Burada qazanmasaq da, çox razı qaldım"

"Qalibiyyət olmamasına baxmayaraq, təlim-məşq toplanışından çox razı qaldım".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının yekunu barədə klubun yutub kanalına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, futbolçuların hazırlıq səviyyəsinin sonadək eyni olması vacib idi:

"Bu gün proqramımızda bir az dəyişiklik oldu. Son günə 2 oyun planlaşdırmışdıq.

İlk görüş baş tutmasa da, bunu müəyyən formada kompensasiya edə bildik. Sevindirici haldır ki, hazırlıq mərhələsini zədəsiz başa vurduq. Bu, çox vacib idi".

"Qarabağ" Antalyada 4 yoxlama oyunu keçirib. Ağdam təmsilçisi ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib.

"Köhlən atlar" ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub. Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşmada da qapılara qol vurulmayıb.

Digər Xəbərlər
Xəbər Lenti