"Qarabağ" burada təsadüfən məğlubiyyətdən xilas oldu"

2 Dekabr 2021 02:00 Qarabağ 1 086
"Qarabağ" burada təsadüfən məğlubiyyətdən xilas oldu"

AEL-in (Larnaka) idman direktoru Teodoros Antoniu yerli mətbuata açıqlamasında komandasının Konfrans Liqasının 3-cü mərhələsinin ilk görüşündə evdə oynadıqları “Qarabağ”la (1 :1) oyunu xatırlayıb.

Sportinfo.az xəbər verir ki, kiprli Ağdan klubu ilə oyunu xatırlayaraq bu cür danışıb:

“Bizi narahat edən bu yay avrokuboklardakı oyunlarda gördüklərimiz idi. “Qarabağ”a qarşı oyunumuzu misal çəkə bilərəm.

Kiprdə “Qarabağ” təsadüfən məğlubiyyətdən xilas oldu. Düşünürəm ki, komandamız mentalitet üzərində daha çox işləməlidi.

Bu baxımdan, belə çətin anda necə davranacağını bilmək üçün çox şey dəyişdirilməlidi. Bu, böyük psixoloji yük idi.

Futbolçular özünəinam qazanmalıdı. O da yalnız qələbələrlə qayıdır. Biz hələ onlardan uzağıq”.

Digər Xəbərlər
Xəbər Lenti