Həminki "Qarabağ"

23 İyul 13:00 Qarabağ 1 001
Həminki "Qarabağ"

«Qarabağ» həminkidir.

Yenə o top sənin, bu top mənim. Yenə yan paslar – gah sağa, gah sola, gah da… arxaya.

Ötən mövsümdən qalan pis vərdişin konturları hələ silinməyib, təəssüf ki, qalmaqdadır.

İsrail klubları, ümumiyyətlə, bizimkilərə düşərsizdir. «Neftçi»si olsun, «Simurq»u olsun, «Xəzər Lənkəran»ı olsun – hamısı israillərlə duellərdə məğlubiyyətin acısını dadıb.

Belə demək olarsa, son 10-13 ildə onlarla yaşıl sahədə bacara bilməmişik. Bir «Qarabağ» olub ki, İsrail klubuna üstün gəlib. O da uzun illər əvvəl. Həmin qələbə bir Azərbaycan təmsilçisinin avrokuboklarda ilk qələbəsi kimi tarixin yaddaşına hopub.

«Makkabi» zəfəri o dövr üçün bir sensasiya, bir möcüzə idi. Qaçqın yataqxanasından çıxan «Qarabağ»ın İsrail səfərindən 2:1 hesablı qalibiyyətlə dönməsini təsadüfən xatırlamadım.

Bu ənənəni davam və bir qədər də inkişaf etdirmək lazımdır. Heç bir haldaa yaddan çıxarmaq lazım deyil bu ənənənin əsasının qoyulmasını.

Bunun komandanın yerli futbolçularına da, legionerlərinə də anlatmaq vacibdir. Ki, hər şey dünəndə qalmasın, sabaha olan inam bir qədər də güclənsin.

Psixoloji hazırlıq uğur qazanmağın əsas şərti və fundamentidir. Avrokuboklar təcrübəsi bu işdə Qurban Qurbanovun əlinə su tökəcək qədər yararlıdır.

Bunu görməyənin, bilməyənin, anlamayanın daha buralarda nə işi..?

Həqiqətin üzünə dik və düz baxmalıyıq: «Qarabağ» dəyişməlidir. Qısa bir müddətdə və ildırım sürəti ilə.

Kreativ legionerlərin sayınıın azlığının nəticəsidir ki, «Aşdod» kimi sıx müdafiə olunan rəqibin «arxa cəbhə»sini yarmaq problemə dönüb.

Kimin yadına gəlirsə, qoy, desin: «Qarabağ» axırıncı dəfə nə vaxt bir avrokubok matçında «yüzdəyüz fürsət idi» deyəcəyimiz qədər az qol epizodu yaratmışdı?

Abbas Hüseynovun ikinci hissənin əvvəlində qapıçıyla üzbəüz qaldığı o epizoddan başqa nəsə yaratmadılar. Bir-iki başqa imkan da yarandı, sadəcə, üstündə dayanmağa dəyməz.

Çün mən düşünülmüş taktiki gedişlər sonucu yaranan real qol vəziyyətlərinin kasadlığına diqqət çəkmək istəyirəm. Bu olmayınca, əvvəlki «Qarabağ»ın dönüşündən bəhs eləmək öz-özünü aldatmaqdır.

Top səndə, orta sahə səndə, birinci zonanıın arxasına isə keçə, onu yara bilmirsən - yarımçıq komanda belə edir ancaq,

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti