
"Qarabağ" yeni mövsümdə üçüncü transferini reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, Portuqaliya “Mafra”sı ilə aparılan danışıqlar nəticəsində yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.
Fil Dişi Sahilindən olan 25 yaşlı oyunçu ilə 2+2 illik müqavilə imzalanıb. Kuaku “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan futbolçu 4 il sonra Danimarka təmsilçisi “Midtüllan”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.
"Qarabağ" bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.