“Qarabağ” daha bir legionerlə anlaşma əldə etdi - SON DƏQİQƏ

11 İyul 2025 09:00 Qarabağ 11 942
“Qarabağ” daha bir legionerlə anlaşma əldə etdi - SON DƏQİQƏ

Çempionlar Liqasına hazırlıq görən "Qarabağ" növbəti transferini etməyə çox yaxındır.

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu uzun müddətdir danışıqlar apardığı legionerlərdən biriylə danışıqları uğurla başa çatdırıb.

Əcnəbi futbolçunun ən ıqsa zamanda komandanın düşərgəsinə təşrif buyurması və tibbi baxışdan keçməsi gözlənilir.

Qurban Qurbanovun bəyəndiyi oyunçu son olaraq Portuqaliyada çıxış edib və yarımmüdafiəçidir.

Ağdam klubu bu yay həmin ölkədən artıq iki nəfər gətirib. İkinci Liqadan Dani Bolt ("Torreense") və Pedro Bikalyo ("Alverka") ilə uzunmüddətli müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti