Zubir dubl etdi, "Qarabağ" "Tvente"yə ilk oyunda qalib gəldi

11 İyul 19:20 Qarabağ 281
Zubir dubl etdi, "Qarabağ" "Tvente"yə ilk oyunda qalib gəldi

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ikinci yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Niderlanddan "Tvente" ilə üzə-üzə gəlib.

Qarşılaşma Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın heyətində Abdullah Zubir 2 dəfə fərqlənib. Digər qolu isə Leandro Andrade vurub.

Bu gün "Qarabağ"la "Tvente" arasında daha bir matç keçiriləcək.

Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın "Metallist" (Xarkov) kollektivinə uduzub - 4:5. "Köhlən atlar" Bakıdakı yoxlama matçında isə "Zirə"ni 4 cavabsız qolla üstələyib.

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!