“Qarabağ” hücumçusunu bu şərtlə 1 illik icarəyə verdi - FOTO

12:20 Qarabağ 3 476
“Qarabağ” hücumçusunu bu şərtlə 1 illik icarəyə verdi - FOTO

«Qarabağ» hücumçusunu «Şamaxı»ya icarəyə verib.

Nihad Mehrəliyev gələn mövsümü «şirlər»in düşərgəsində keçirəcək.

Ötən sezon Əvəzedicilər Liqasında çıxış etmiş forvard təsadüfən Ayxan Abbasovun diqqətini çəkməyib.

«Şamaxı» ilə paralel olaraq U-21 yığmasını çalışdıran mütəxəssis onu milliyə də cəlb edib.

«Qarabağ» gənc oyunçusunu bir şərtlə əyalət təmsilçisinin düşərgəsinə göndərib. Belə ki, şirvanlılar Nihadı rəsmi oyunların ən azı 50 faizində meydana buraxmalıdır.

Mehralıyev son mövsüm "Qarabağ"ın əvəzedici komandasında 20 qol vurub və liqanın bombardiri olub. Yığmanın son iki yoldaşlıq oyununda - Belarus və Montenoqraya qarşı matçlarda meydanda olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti