"Qarabağ" daha bir legioner gətirdi - SON DƏQİQƏ TRANSFERİ

11 İyul 17:00 Qarabağ 4 821
"Qarabağ" daha bir legioner gətirdi - SON DƏQİQƏ TRANSFERİ

«Qarabağ» bir qədər öncə yeni transfer edib.

Çempionlar Liqasında yeni mövsümün planlarını cızan «köhlən atlar» üçüncü legioneri düşərgəsinə gətirib,

Ağdam klubunun anlaşdığı əcnəbi Kris Kuakudur.

Qurban Qurbanovun bəyəndiyi isim Fil Dişi Sahilindəndir. Onun 25 yaşı var və yarımmüdafiəçidir.

Afrikalı bura Portuqaliyadan gəlib. Kuaku son üç mövsümü «Mafra»da keçirib. Bundan öncə isə Danimarkada «Sfaheym» və «Midtyuland»ın formasını geyinib.

«Qarabağ» bu yay Portuqaliyadan iki nəfər də gətirib. İkinci Liqadan Dani Bolt ("Torreense") və Pedro Bikalyo ("Alverka") ilə uzunmüddətli müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!