"Qeyrəti olan kəs 0:6-dan sonra klubda qalmaz, "Neftçi”dən apardığın pul haramın olsun!"

9 Noyabr 2020 11:20 Qalmaqal 2 854
"Qeyrəti olan kəs 0:6-dan sonra klubda qalmaz, "Neftçi”dən apardığın pul haramın olsun!"

“Qarabağ”la oyun bizlərə “Neftçi”nin “Qəbələ”yə 0:8 hesabı ilə uduzduğu görüşü xatırlatdı”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Forza-Neftçi” fanklubunun rəhbəri Sübhan Əliyevə məxsusdur.

Azarkeqlərin lideri Azərbaycan derbisində 0:6 hesablı biabırçı nəticəyə görə klub rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirib.

“O vaxt “torba tikmə” əməliyyatı olmuşdusa, elə bu gün də eynisi yaşandı”, deyən Əliyev baş məşqçi Füzili Məmmədovu “topa tutub“: “Ay Füzuli, sən məşqçi deyilsən, məşqçi olmayacaqsan. Keçək əsas mətləbə: Yaxın günlərdə “Neftçi”də çox güman istefalar olacaq. Bu, qaçılmazdır”.

Fanklubun bir nömrəli şəxsi klub prezidenti Kamran Quliyevi də hədəfə alıb:

“Unutma, Kamran Quliyev. Çıx, get. Xalq, azarkeş hər şeyi görür. Həyatımızı qurban verdiyimiz “Neftçi”mizin adına ləkə gətirdiz.

Allaha and olsun, bunları sizə bağışlamayacağıq. Güvəndiyimiz dövlətimiz var. “Neftçi”dən apardığın pul haramın olsun! “Neftçi” rəhbərliyi hamısı istefa verməli yox, hamısı qovulmalıdır”.

“Forza-Neftçi” rəhbəri rüsvayçı yenilgidən sonra həmçinin qeyd edib ki, qeyrəti olan kəs 0:6 hesabından sonra klubda qalmaz.

Digər Xəbərlər
Xəbər Lenti