Aylardır maaş almayan komanda rəhbərliyi boykot etdi, məşqə çıxmadı

09:40 Qalmaqal 180
Aylardır maaş almayan komanda rəhbərliyi boykot etdi, məşqə çıxmadı

I Liqada mübarizə aparan «Mingəçevir»də narazılıq artıq «ərşə dirənib».

Üç aya yaxındır əməkhaqqı ala bilməyən futbolçular etiraza qalxıb. Komanda üzvləri onları aldadan rəhbərliyi boykot edib.

Dünən maaşların ödəniləcəyi barədə vədin yerinə yetirilmədiyini görən oyunçular məşqə çıxmayıb.

Klub rəsmiləri «üsyançılar»ı dilə tutsa da, heç kimi «daşı ətəyindən tökməyiblər». Əksinə, bildiriblər ki, maaşları verilməyən günə qədər yaşıl meydana ayaq basmayacaqlar.

«İşıqçılar» çempionatda ikinci yeri tutmaq uğrunda mübarizə aparır. Son olaraq doğma şəhərdə «Zaqatala»ya 7:1 hesabıyla qalib gəlmiş «Mingəçevir» 24 tura topladığı 45 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb.

Bir üst sıradakı «Səbail»dən cəmi 1 xal geri qalan komanda Adnan Əhmədzadənin adamları tərəfindən barmaqarası münasibət görür.

İdarə Heyətinin sədri Rafael Bünyatov futbolçuların qaldıqları oteldən çıxarılmasına və qida təminatının dayandırılmasına göstəriş verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti