Premyer Liqa klubunun baş məşqçisi “söhbət”ə çağırıldı - NÖVBƏTİ QALMAQAL!

15:00 Qalmaqal 189
Premyer Liqa klubunun baş məşqçisi “söhbət”ə çağırıldı - NÖVBƏTİ QALMAQAL!

«Karvan»ın çalışdırıcısı Füzuli Məmmədovun başı qalmaqaldan ayılmır.

Ötən ilin noyabrından bəri «sarvanlar»ın sükanı arxasında dayanan mütəxəssis bu dəfə Kür çayının sahilində «razborka»ya çağırılıb.

Ona «gəl, söhbət edək» xəbəri göndərənlər isə komandanın düşərgəsindən uzaqlaşdırdığı yerli oyunçulardır.

Məqsəd bu qərarın səbəblərini onun özündən eşitməkdir. Bir sözlə, Məmmədovdan hər şeyə aydınlıq gətirməsini istəyirlər.

Fəqət, bizə verilən məlumata görə, baş məşqçi telefon zənglərini cavablandırmır. Müxtəlif nömrələrdən onu yığan futbolçuları «blok»a atır.

Klub rəhbərliyi vəziyyətdən çıxış yolunu necə görür? Baş məşqçi ilə yola getməyən oyunçulara evdə istirahət etməyi məsləhət görüblər. «Gedin dincəlin, mövsümün sonunadək maaşınızı alacaqsız» - onlara belə deyilib.

Yevlax təmsilçisi 29 turdan sonra Premyer Liqanı tərk etməyə ən real namizəddir. Aran klubu 14 xalla turnir cədvəlinin axırıncı pilləsində - 12-ci sırada yer alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti