“Turan Tovuz”un rəhbəri güzəşt gözləməsin - Ona sərt üz göstərəcəklər!

14:20 Qalmaqal 145
“Turan Tovuz”un rəhbəri güzəşt gözləməsin - Ona sərt üz göstərəcəklər!

AFFA “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevi cəzalandıracaq. Buna səbəb onun Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçından sonra verdiyi qalmaqallı açıqlamadır.
İntizam Komitəsi bu gün keçiriləcək toplantısında onun söylədiklərinə hüquqi qiymət verəcək. Çünki Quliyev hakimlərə etiraz əlaməti olaraq «Turan» azarkeşlərini səssiz qalmamağa səsləyib, aranı qızışdıracaq, qalmaqal yaradacaq çavğırışlar edib.
Təbii ki, bu yanaşma birmənalı qarşılana bilməz, reaksiya olmalıdır. Komitənin sədrə 20 min manat cərimə kəsəcəyi haqda məlumat var.
“Turan Tovuz” 2025-ci ilin aprelində “Şamaxı” ilə oyunun təşkili ilə bağlı bəyanat yaymış, VAR olmadığı halda, oyunun şəffaf şəkildə keçiriləcəyinə şübhə etdiklərini bildirmişdi. Klubun bu bəyanatı İntizam Komitəsi tərəfindən AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsi kimi qiymətləndirilmiş, nəticədə Tovuz təmsilçisini 20 min manat cərimələmişdi.
AFFA artıq Ehtiram Quliyevin açıqlamasına səbəb olan hakim səhvlərini qəbul edib. İki penalti epizodunda səhv qərar çıxaran Əliyar Ağayev 5 oyunluq cəzalandırılıb. İndi isə növbə onun öhünə çatıb.
Emosional açıqlamalar veribsə, üstündən keçmək olmaz. Bunun sabahı var, pis hadisələr baş verə bilər yoxsa. Hansısa fanat Ağayev daxil, bir hakimə əl qaldırsa, xətər yetərsə, deyə bilər ki, mən bunu Ehtiram Quliyevin çağırışına qoşularaq etmişəm. Niyə olsun ki, belə? Stadionda sabitliyi pozmaq, benzinin üstünə od tökmək futbolumuza böyük xətər yetirər. İdarə Heyətinin sədri bu kimi məqamları diqqətə almalı, dediyi sözü yüz ölçüb bir biçməli idi. Dilinə gətirdiyi fikirləri «süzgəc»dən keçirmədən söyləyib, odur ki, AFFA elə bir qərar verməlidir ki, o, bir daha belə səhv etməyi ağlına yaxın buraxmasın. Dərs olmalıdır, həm də necə! Əks halda, növbəti gün «x» bir klubun fiqurantı da eyni səpgidə fikirləri ortaya atıb, suyu bulandıracaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti