“Turan” uduzdu, Ehtiram Quliyev özündən çıxdı: “Haramı olsun!” - VİDEO

00:40 Qalmaqal 103
“Turan” uduzdu, Ehtiram Quliyev özündən çıxdı: “Haramı olsun!” - VİDEO

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan kubokunun yarımfinal mərsəhələsində “Zirə”yə uduzduqları ilk oyun (0:2) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, baş hakim Əliyar Ağayevin qərarlarından narazı qaldığını söyləyib.

Klub rəhbəri Ağayevin Tovuz təmsilçisinə qarşı qərəzli qərarlar qəbul etdiyini iddia edib:

“Oyuna Əliyar Ağayevin təyinat aldığını öyrənəndə başımıza belə şeylərin gələcəyindən şübhələnirdik. Biz suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq.

Eybi yox, suyu uzanaraq, tək ayaq üstə içsinlər, amma haqqımızı içməsinlər. Bir illik əziyyətimiz bir gündə yerə vurulur

. Bunlar dəyişməlidir. Xüsusilə, Əliyar “Turan Tovuz”un oyunlarına təyinat alanda belə halları gözləyirdik.

Çempionatdakı oyunda səhv etmişdi. İnsanıq də. Bizə mesaj göndərildi ki, səhv etmişəm.

Futbolçularımızın alın təri, bizim haqqımız Əliyarın haramı olsun. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm.

Amma futbolda belə hallar dəyişməlidir. Bəzi şeyləri dilə gətirməliyik.

Danışmadıqca, səssiz qaldıqca Əliyar kimilər oyunları belə idarə edəcəklər, futbolumuzu bu günə qoyacaqlar.

Belə olan halda yatırım etməyin də, əziyyət çəkməyin də mənası yoxdur. Azərbaycan futbolunun Əliyar kimilərdən canı qurtarmalıdır.

Epizodları hamınız gördüz. Futbol ictimaiyyətinin baxmasını, görməsini, “Turan Tovuz” azarkeşlərinin səssiz qalmamasını istəyirəm.

Artıq olmaz. Bu il əziyyətimiz boşuna gedir. Biz iki təlim-məşq toplanışı keçirmişik, çoxlu investisiya etmişik, amma Əliyar kimilər oynamağımıza imkan vermirlər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti