Baş məşqçi hirsləndi: “Qulağıma bəzi söz-söhbətlər çatıb, məni adımla çağırmayın!”

16:05 Qalmaqal 166
Baş məşqçi hirsləndi: “Qulağıma bəzi söz-söhbətlər çatıb, məni adımla çağırmayın!”

«Karvan»ın baş məşqçisi Füzuli Məmmədov futbolçularına, xüsusən yerlilərə xəbərdarlıq edib.

Ötən ilin noyabrın 25-dən bəri Yevlax təmsilçisini çalışdıran mütəxəssis məşq əsnasında onunla zarafat edilməməsini istəyib.

2020-ci ildə «Neftçi»də işləmiş məşqçi belə halların bir daha təkrarlanmamasını tapşırıb, əks halda, sərt cəza tədbirlərinə əl atacağını bildirib:

«Bundan sonra kimsə keçdiyim hazırlıq prosesini lağa qoymasın. Artıq qulağıma bəzi söz-söhbətlər çatıb.

Heç bir futbolçunun məni adımla çağırmasını xoşlamıram. Bunları yığışdırın» - onun son göstərişinin qısa məcmuəsi bundan ibarətdir.

14 ildən sonra Premyer Liqaya dönmüş «sarvanlar» I Liqaya qayığmağa ən real namizəddir. Aran təmsilçisi 8 xalla turnir cədvəlinin ən aşağı - 12-ci yerində məskunlaşıb.

Ondan bir üst sıradakı «Qəbələ»dən 8 xal geri qalan «Karvan» baş məşqçi dəyişikliyindən sonra qələbə üzünə həsrətdir. Füzuli Məmmədov yeni iş yerində yalnız 3 heç-heçəyə imza ata bilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti