“Bezmişik əlindən, xahiş edirik, çıx get!” - Bu klubda daha bir OLAY baş verdi!

20:00 Qalmaqal 406
“Bezmişik əlindən, xahiş edirik, çıx get!” - Bu klubda daha bir OLAY baş verdi!

Premyer Liqada istədiyi nəticələri əldə edə bilməyən «Karvan»da vəziyyət yenidən gərginləşib.

«Sarvanlar» artıq Füzuli Məmmədovla çalışmaq istəmir.

Bunu baş məşqçinin özünə də deyiblər. Bir neçə futbolçu onunla görüşərək, ürəklərinjən keçəni üzünə söyləyiblər.

«Keçdiyin məşqlər bezdiricidir. Bizi çox «yükləyirsən».

Hər gün 2 saat məşq etmək, bazada qalmaq… Artıq çox yorulmuşuq.

Belə şəraitdə məşq etmək və oynamaq istəmirik. Xahiş edirik, çıx get.

Əgər getməyəcəksənsə, yaxamızı rahat burax» - oyunçulardan biri mütəxəssisə söyləyib.

Yevlax təmsilçisi çempionatın 24 turu boyunca cəmi 8 xal toplayıb.

15 ildən sonra liqaya dönmüş komanda hazırda turnir cədvəlinin ən axırıncı - 12-ci pilləsindədir və ondan bir üst sıradakı «Qəbələ»dən 8 xal geridədir.

2020-cı ildə 11 aya yaxın müddətdə «Neftçi»ni çalışdırmış Füzuli Məmmədov ötən ilin noyabrın 25-də «Karvan»ın sükanı arxasına keçib. O, bu zaman kəsiyində cəmi 3 xal toplaya bilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti