AFFA AÇIQLADI: "Neftçi”nin qapısına penalti qərarı doğrudur? - VİDEO

00:30 Qalmaqal 135
AFFA AÇIQLADI: "Neftçi”nin qapısına penalti qərarı doğrudur? - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, "Qarabağ" - "Sabah" , "Şamaxı" - "Neftçi", "Kəpəz" - "Sumqayıt", "Qəbələ" - "Karvan-Yevlax" və "Turan Tovuz" - "İmişli" olmaqla ümumilikdə 5 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.

Rəhim Həsənov "Qarabağ" - "Sabah" matçının baş hakimi Tural Qurbanovun 90+5-ci dəqiqədəki sarı vərəqə qərarının, həmçinin "Kəpəz" - "Sumqayıt" matçında baş hakim Rəşad Əhmədovun 36-cı dəqiqədəki penalti qərarının doğru olmadığını bildirib.

Eyni zamanda "Şamaxı" - "Neftçi" matçında baş hakim Kamranbəy Rəhimovun 90+4-cü dəqiqədəki penalti qərarının, həmçinin digər matçlardakı hakim qərarlarının doğruluğunu təsdiqləyib.

Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti