“Qarabağ” - “Sabah” oyununda baş verən kütləvi davanın VİDEOsu

1 Mart 21:15 Qalmaqal 1 823
“Qarabağ” - “Sabah” oyununda baş verən kütləvi davanın VİDEOsu

Premyer Liqanın 22-ci turunun “Qarabağ” - “Sabah” oyununda (3:3) dava düşüb.

Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin 3-cü qolundan sonra tərəflər bir-birinə girib.

Ehtiyat oyunçular skamyasında olan məşqçilər və futbolçular əlbəyaxa olublar.

“Sabah”ın baş məşqçisinin köməkçisi “Qarabağ”ın köməkçi məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest edib. Davaya səbəb də məhz bu olub.

Həmin epizodda hakim Qurban Qurbanovun köməkçisi Zaur Tağızadəyə və Valdas Dambrauskasın köməkçisi Valerio Zuddasa sarı vərəqə göstərib.

Digər Xəbərlər
Xəbər Lenti