"Turan Tovuz"uın formasını geyinən Rəhim Sadıxovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Sportinfo.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Gəncə Kommersiya Məhkəməsinin hakimi Əbülfəz Məmmədli qətnamə çıxarıb.
İş matertiallarından məlum olur ki, Rəhim Sadıxovun dövlət büdcəsinə borcu var. Borc vaxtında ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib.
Qurum ərizəsində borc ödənilənədək Rəhim Sadıxovun ölkədən çıxışının məhdudlaşıdırılmasını istəyib. Məhkəmə də idarənin ərizəsini təmin edib.
Rəhim Sadıxov 18 iyul 1996-cı ildə Rusiyanın paytaxtı Moskvada anadan olub. O, "Solyaris Moskva" və "Torpedo Moskva"da oynayıb.
2019-cu ildə Azərbaycana gəlib və "Sumqayıt"a keçib. Sonrakı illərdə "Zirə"də və yenidən "Sumqayıt"da oynayıb, 2025-ci ildə "Turan Tovuz"a üz tutub. Cari mövsümdə Tovuz klubunun heyətində 23 oyuna çıxıb və 1 qol vurub.
29 yaşlı yarımmüdafiəçi 2012-ci ildə Azərbaycanın U-17, 2013-cü ildə U-19 millilərinə cəlb olunub. 2020-ci ildə dəvət almağa başladığı əsas yığmada 9 oyuna çıxıb.

