I Liqada 15-ci turun sensasion nəticəsi MOİK – “Səbail” qarşılaşmasında qeydə alındı.
Premyer Liqaya qayıtmağa iddialı “dənizçilər” səfər matçında heç kimin gözləmədiyi halda “hərbçilər”ə uduzdu – 0:1.
“Səbail” bu məğlubiyyətlə çempionluq şansını bir az da çətinə salmaqla kollektivdə gərginliyin artmasına səbəb oldu.
Oyundan sonra Bayıl təmsilçisinin paltardəyişmə otağında münaqişə yaşanıb.
Baş məşqçi Adil Şükürov futbolçulara iradlarını sərt şəkildə, yüksək tonda çatdırıb. Hətta bəzi ifadələri əndazəni aşıb.
Komandanın təcrübəli futbolçularından olan, həm də kapitan sarğısını daşıyan Yusif Nəbiyev baş məşqçinin ağır tərzdə danışması ilə razılaşmayıb.
Ona iradlarını bildirib, kollektivə hörmətlə yanaşmasını istəyib.
Nəticədə Şükürov kapitana əl uzadıb. Nəbiyev də borclu qalmayaraq baş məşqçiyə eyni şəkildə cavab verib.
Köməkçilərin və futbolçuların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
Klubdaxili müzakirələrdən sonra Yusif “Səbail”dən ayrılıb.
HƏBİB / SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq başverənləri izləyə bilərsiniz:

