"Sabah"ın haqqına girmək istəyənlər: Sanqare etiraf etdi ki... VİDEO

10:40 Qalmaqal 197
"Sabah"ın haqqına girmək istəyənlər: Sanqare etiraf etdi ki... VİDEO

"Sabah" Premyer Liqanın 20-ci turunda qazandığı növbəti qələbə ilə zirvədə möhkəmləndi.

"Bayquşlar" bu dəfə "Qəbələ" ilə ağır "döyüş"dən qalib ayrıldı -1:0.

Budəfəki qələbə "Sabah"a o qədər də asan başa gəlmədi. Öncədən də belə gözlənilirdi.

Bu mövsüm "Sabah"ın "Qəbələ" ilə oyunları çox çətin keçir. "Tələbələr" ilk dövrədəki matçda evdə çətin qələbə qazanmışdı - 1:0.

Bu komandalar arasında ikinci duel bir neçə gün öncə, bu dəfə də Masazırda, amma kubok çərçivəsində baş tutmuşdu. Oyun qolsuz bərabərliklə başa çatsa da, "Qəbələ" qaçırdığı penalti ilə səfər qələbəsi şansını boşa vermişdi.

"Sabah" bu dəfə minimal hesabla qalib gəldi. Əsl hadisələr isə oyunun sonlarında baş verdi.

"Qəbələ" hesabı bırabərlşdirsə də VAR epizoda müdaxilə etdi. Epizodun video təkrarına baxan baş hakim Rauf Cabarov qolu ləğv etdi.

Qolun ləğv edilmə səbəbi isə "Qəbələ"nin hücumçusu İbrahim Sanqarenin əllə oyunu idi. Lakin bu epizoddan öncə top "Sabah"ın müdafiəçisinin də əlinə toxunduğundan meydan sahibləri qol ləğv olunsa da, penalti gözləyirdilər.

Lakin qaydalar bu cür hallarda tam başqa şey deyir. Əgər top müdafiə olunan tərəfin oyuncusunun təbii vəziyyətdə olan əlinə dəyirsə bu halda qayda pozuntusu qeydə alınmır.

Stiv Solvetin əli təbii vəziyyətdə olduğundan bu epizodda qayda pozuntusu, uyğun olaraq da penalti yoxdur.

Gələk ikinci məsələyə, topun "Qəbələ"nin oyunçusunun əlinə dəyib dəyməməsinə. Bunu da çox müzakirə etməyə ehtiyac yoxdur.

Sanqare özü oyundan sonra topun əlinə dəydiyini etiraf edir:

"Rəqib futbolçuların özləri məndən əvvəl topa əllə toxundular. Ona görə düşünürəm ki, baş hakim Rauf Cabarov səhv qərar verdi. O, həm qolumuzu ləğv etdi, həm də penalti vermədi".

Diqqət! Sanqare həmin epizodda əllə oynadığını birbaşa etiraf edir. Sadəcə, rəqibin də əllə oynadığını, buna görə penalti verilməli olduğunu deyir.

Həmin epizoda görə isə penalti verilməməlidir.

Qaydalar bunu rədd edir. Sözün qısası, qaydaları bilməyən şəxslərin "Sabah"ın qələbəsinə kölgə salmaq istəyi əbəsdir. Təbii ki, məsələyə adekvat yanaşmaq istəyənlər üçün...

Xəlil Sadıq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!