“Qəbələ”nin bərabərlik qolu niyə sayılmadı? - VİDEO

16 Fevral 22:40 Qalmaqal 191
“Qəbələ”nin bərabərlik qolu niyə sayılmadı? - VİDEO

Premyer Liqanın 20-ci turunun son qarşılaşması gərgin anlarla yadda qalıb. “Qəbələ” öz meydanında “Sabah”a 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, görüşün son dəqiqələrində meydan sahibləri hesabı bərabərləşdirdiklərini düşünsələr də, onların sevinci uzun çəkməyib.

Matçın 87-ci dəqiqəsində Prins Ovusu topu qapıdan keçirsə də, epizod VAR-ın müdaxiləsi ilə yenidən qiymətləndirilib.

Baş hakim Rauf Cabarov VAR otağından daxil olan məlumatdan sonra monitora yaxınlaşaraq vəziyyəti təkrar izləyib. Baxışdan sonra hücumun əvvəlində “Qəbələ” futbolçusunun əllə oynadığı müəyyənləşdirilib və qol qüvvədən salınıb.

Beləliklə, oyunda hesab dəyişməyib. “Sabah”a qələbə qazandıran yeganə qolu 54-cü dəqiqədə Xəyal Əliyev vurub.

Bu qələbə ilə paytaxt təmsilçisi xallarının sayını 49-a çatdırıb və liderliyini qoruyub. “Qəbələ” isə 14 xalla turnir cədvəlinin son pilləsində qalmaqda davam edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!
16 Fevral 07:30 Onlar 2800 manat alacaq