“Sportinfo”nun dava xəbərini təsdiqlədi: “Onunla futbolçu söhbəti edəcək adam mən deyiləm”

20:40 Qalmaqal 268
“Sportinfo”nun dava xəbərini təsdiqlədi: “Onunla futbolçu söhbəti edəcək adam mən deyiləm”

“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədovun qalmaqala səbəb olduğunu xəbər vermişdik.

Premyer Liqa klubunun çalışdırıcısı münaqişəni “Şəfa”nın məşqçisi Zamir Həsənovla yaşayıb.

Belə ki, Məmmədovun I Liqanın liderinin bir neçə futbolçusuna zəng vuraraq onları öz komandasına dəvət etməsi qarşı tərəfi özündən çıxarıb.

Zamir bəy bu hərəkətinə görə ona etirazını bildirib, kollektivi dağıtmaq istəməkdə günahlandırıb.

“Karvan-Yevlax”ın baş məşqçisi iradlarla razılaşmayınca, söhbət əlbəyaxa davaya qədər uzanıb. Ardından Məmmədov yaxınlıqdakı polis idarəsinə aparılıb, bir neçə saatdan sonra sərbəst buraxılıb.

Əlaqə saxladığımız Zamir Həsənov Sportinfo.az-ın xəbərini təsdiqləyib:

“Öncə onu deyim ki, hadisə Binə qəsəbə stadionunun yaxınlığında baş verib.

Həmin gün MOİK-lə “Zaqatala” qarşılaşırdı. Hər ikimiz oyunu izləməyə gəlmişdik.

Füzuli Məmmədov ilə eyni bölgədənik, Qərbi Azərbaycanın Zəngibasar (Masis) rayonunun Aşağı Necili kəndindən.

Hətta həmkəndli də deyə bilərik. Atam orta məktəbdə Füzulinin müəllimi olub, özüm onunla “Şəfa”da eyni komandada oynamışam.

Qeyd olunan hadisənin futbola yaxından-uzaqdan əlaqəsi yoxdur. Mübahisəmiz şəxsi münasibətlər zəmnində yaşanıb.

Keçmişdə olan söhbətlə bağlı danışanda, o, bir az emosianallıq etdi. Yaxınlıqda polis nəfəri var idi, bizi sakitliyə riayət etməyə çağırdı.

Elə oradaca barışdıq, söhbət bağlandı.Bu gün də görüşəndə əl uzadıb görüşürük, hal-əhval tuturuq.

İnanmırsız, özündən soruşa bilərsiniz. Məndən yaşca böyükdür, həmişə böyüklük edib mənə.

“Şəfa”da köməkçi-məşqçiyəm, futbolçularla bağlı məsələlərə baş məşqçimiz Elgiz Kərəmli qərar verir. Füzuli ilə futbolçu söhbəti edəcək adam mən deyiləm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti