Premyer Liqa klubunun baş məşqçisi QALMAQAL yaratdı - ŞOK HADİSƏ!

20:40 Qalmaqal 389
Premyer Liqa klubunun baş məşqçisi QALMAQAL yaratdı - ŞOK HADİSƏ!

«Karvan»ın baş məşqçisi Füzuli Məmmədov növbəti dəfə dilinin bəlasına düşüb.

O, «Şəfa»nın məşqçisi Zamir Həsənovla insident yaşayıb. Hadisə futbolçuların üstündə baş verib.

Belə ki, Yevlax təmsilçisinin çalışdırıcısının I Liqanın liderinin bir neçə futbolçusuna zəng vuraraq onları öz komandasına dəvət etməsi qarşı tərəfi hiddətləndirib.

«Şəfa»da Elgiz Kərəmlinin köməkçisi işləyən Z.Həsənov bu hərəkətinə görə ona etirazını bildirib, kollektivi dağıtmaq istəməkdə qınayıb.

Deyib ki, məlum telefon əlaqəsindən sonra oyunçular Premyer Liqada çıxış etmək həvəsinə düşüb, bu da kollektiv daxilində narahatlıq yaradıb.

Ötən ilin noyabrından bəri «sarvanlar»ın sükanı arxasında olan F.Məmmədov Z.Həsənovun iradları ilə razılaşmayıb, nəticədə əlbəyaxa dava etmək həddinə çatıblar.

Yalnız ətrafdakı şəxslərin müdaxiləsindən sonra onları bir-birindən ayırmaq mümkün olub. Ardından F.Mməmədov yaxınlıqdakı idarəyə aparalıb, bir neçə saat orada saxlanılıb v və sərbəst buraxılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti